Azərbaycan çempionatının mükafatçısı Bolqarıstan yığmasında
18.05.2010 - 16:29
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq Bolqarıstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandaya Azərbaycan çempionatında qüvvəsini sınayan 2 voleybolçu da cəlb edilib. Belə ki, bu il “Lokomotiv”lə gümüş medal qazanan Svetelina Zarkova və az öncə “Rabitə”yə transfer olunan Diana Nenova millinin heyətində Portuqaliyada meydana çıxacaqlar.
Qeyd edək ki, Bolqarıstan komandası F qrupunda yer alıb. Mayın 21-23-də keçiriləcək I mərhələdə onlar ev sahibləri Portuqaliya ilə yanaşı, Yunanıstan və Finlandiya ilə yarışacaqlar.
Qeyd edək ki, Bolqarıstan komandası F qrupunda yer alıb. Mayın 21-23-də keçiriləcək I mərhələdə onlar ev sahibləri Portuqaliya ilə yanaşı, Yunanıstan və Finlandiya ilə yarışacaqlar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0