Azərbaycan çempionu milli komandadan kənarlaşdırıldı
21.05.2010 - 15:24
Voleybolçu qadınlardan ibarət Serbiya yığması Avroliqada oynayacaq komandanın son heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilkin heyətə Azərbaycan çempionu “Rabitə”nin 3 voleybolçusunu milliyə çağıran baş məşqçi Draqan Neşiç onlardan Sanya Staroviçi heyətdən kənarlaşdırıb.
Nəticədə 2007-ci ildə Avropa çempionatının gümüş medalını qazanan Serbiya yığmasının heyətində “rabitəçilərdən” Silviya Papoviç və Nataşa Krsmanoviç Bolqarıstan, Rumıniya və İngiltərə voleybolçularına qarşı forma geyinəcək.
Qeyd edək ki, Serbiya yığması Avropa çempionatının həlledici mərhələsinə ev sahibliyi edəcəyindən seçmə mərhələdə iştirak mübarizə aparmır.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0