“Azərreyl” üçün irlandiyalı və san-marinolu
07.10.2010 - 15:12
Voleybol üzrə “Çelenc Cup”ın ilkin mərhələsində mübarizə aparacaq Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da səfərdə Maltanın PAOLA Hibs komandası ilə qarşılaşacaq “Azərreyl”i oyuna Alan Qormalli (İrlandiya) və Marko Sgro (San-Marino) çıxaracaqlar. Bu komandaların 1 həftə sonra Bakıda baş tutacaq görüşündə isə ədaləti çexiyalı Yan Krtiska və rusiyalı Kirill Nesterenko qoruyacaqlar.
“Çelenc Cup”da digər təmsilçimiz “İqtisadçı”nın hər 2 qarşılaşmasında əsas söz sahibləri Nadejda Kozlova (Rusiya) və Nurper Özbar (Türkiyə) olacaqlar. Oktyabrın 16-da və 17-də Bosniya və Herseqovinanın “Kula” klubu ilə Bakıda keçiriləcək oyunlarda onlar baş hakimlikdə bir-birini əvəz edəcəklər.
Kişi voleybolçular arasında qüvvəsini sınayacaq “Azərnetf” və “Partizan” komandalarının oyununa da 2 hakim – Zdenko Fatrdla (Slovakiya) və Serdar Nisançıoğlu (Türkiyə) təyin edilib. Oktyabrın 16-da birinci görüşdə Fatrdla, 1 gün sonra isə Nisançıoğlu baş hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, paytaxtın “Lokomotiv” klubu “Çelenc Cup”da mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0