Xorvatiya yığmasının oyunçusu Bakı klubunda
20.01.2011 - 10:44
Azərbaycan çempionu “Rabitə” klubu heyətinə yeni voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Xorvatiya yığmasının üzvü Marina Miletiçin keçidini həll edib. 28 yaşlı hücumçu ilə mövsümün sonunacan müqavilə imzalanıb. 180 sm boyu olan Miletiç “Rabitə”yə Rusiyanın “Dinamo-Yantar” klubundan transfer olunub.
O, bu klubdan öncə Xorvatiyanın “Vukovar”, “Osiyek”, “Rijeka” və Fransanın “Roçette”, “Kann” və “Aspit Mulhous” klublarında çıxış edib.
Qeyd edək ki, Miletiçin şərəfini qoruduğu Xorvatiya yığması Avro-2011-in final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0