“İqtisadçı”dan ayrılan voleybolçu “Yeşilyurt”la anlaşdı
01.02.2011 - 13:01
“İqtisadçı” voleybol klubunun yenicə heyətdən kənarlaşdırdığı Filiz Özgür özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində universitet komandasına böyük ümidlərə transfer olunan 26 yaşlı voleybolçu karyerasını vətəni – Türkiyədə davam etdirəcək. O, burada II liqada oynayan “Yeşilyurt”la müqavilə imzalayıb.
Qeyd edək ki, Özgür 6 ay Super Liqanın bürünc mükafatçısının heyətində yer almasına baxmayaraq, 1 oyunda da belə meydana çıxmadı. “İqtisadçı”nın sabiq baş məşqçisi Rəşad Yazıçıoğullarının komandaya gətirdiyi voleybolçu türkiyəli mütəxəssisin ardınca Bakı klubundan ayrıldı.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0