Vitse-çempion Almaniya klubu ilə qarşılaşacaq
10.02.2011 - 09:35
“Çelenc Cup” turnirinin 1/4 final mərhələsində Bakının “Lokomotiv” voleybol klubunun rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri bu mərhələdə Almaniyanın “Şveriner” komandası ilə qarşılaşacaqlar.
Hər 2 görüşdə Belçikanın “Gent” klubuna qalib gələn almanlarla ilk matç fevralın 22-24-də Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra səfərdə baş tutacaq.
Xatırladaq ki, Super Liqanın vitse-çempionu 1/8 finalda Kiprin “Apollon” komandasına qalib gəlmişdi.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0