Natalya Məmmədova: Komandamız əsəbi görünürdü
10.02.2011 - 15:31
“Bizim komanda I pley-off mərhələsinin səfər matçında bir az əsəbi görünürdü. Rəqibimiz isə əksinə, çox inamlı oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədovaya məxsusdur.
Yığma komandamızın da şərəfini qoruyan Məmmədova bildirib ki, Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Modranska” klubu ilə cavab matçında fərqli taktika seçəcəklər: “Çalışacağıq ki, ən yaxşı oyunumuzu bu gün oynayaq və bizə bəslənilən ümidləri doğruldaq. Səfərdə baş tutan ilk qarşılaşmada 2:3 hesabı ilə uduzmağımıza baxmayaraq, cavab matında qalib gələcəyimizə inanırıq. Fikrimcə, növbəti mərhələyə vəsiqə qazanacağıq”.
Qeyd edək ki, “Rabitə” – “Modranska” matçı bu gün olacaq.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0