Milli komandamız üçün yeni baş məşqçi - FOTO
23.02.2011 - 10:03
Avro-2011-in final mərhələsində qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının rəqibi Xorvatiya milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabiq yuqoslaviyalılara İrina Kirillova rəhbərlik edəcək. Rus əsilli 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
SSRİ yığmasının heyətində Olimpiya, dünya və Avropa çempionu adını qazanan Kirillova Xorvatiya milli komandasında da çıxış edib. O, bu yığma ilə qitə çempionatının 2 dəfə finalında oynayıb.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri Avro-2011-in final mərhələsində xorvatiyalılarla sentyabrın 25-də qarşılaşacaqlar.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0