“Azərreyl”ə uduzmaqla işimizi çətinə saldıq”
24.02.2011 - 11:36
“Qarşılaşma super alındı. Lakin biz sonda üstünlüyümüzü qoruya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Salo” komandasının baş məşqçisi Tomi Lemminkaynen deyib.
40 yaşlı mütəxəssis “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk oyununda Bakının “Azərreyl” klubuna 2:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Biz hesabda irəlidə ola-ola, son 2 setdə asanlıqla uduzduq. Həmin hissələrdə Virdjiniya De Karneyə lazımı dəstək verilmədi. Bunun da nəticəsində hücumlarımızın kəsəri azaldı. Məğlubiyyətlə işimizi çətinə saldıq. Çünki cavab oyununda mütləq qələbə qazanmalıyıq ki, “Qızıl set”ə ümid edək. Növbəti mərhələyə yüksəlmək üçün bunun öhdəsindən gəlməyə çalışacağıq”.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0