“Fənərbaxça” fanatlarından Azərbaycan çempionuna dəstək
10.03.2011 - 14:44
Bakının “Rabitə” voleybol klubunun “Dördlər finalı”nda keçirəcəyi oyunlarına bilet tapılmayacaq. Apasport.az saytının məlumatına görə, buna Azərbaycan çempionun amerikalı voleybolçusu Kimberli Qlassın yenidən yarımfinalların baş tutacağı Türkiyədə meydana çıxması səbəb olacaq.
Türkiyəli həmkarlarımızın yazdıqlarına görə, sabiq “Fənərbaxça”lının qonşu ölkədə kifayət qədər həvəskarı var. Bunun üçün martın 19-20-də baş tutacaq həlledici görüşlərə 26 yaşlı gözəlin kifayət qədər pərəstişkarı təşrif buyuracaq. “Sarı bülbüllərin” azarkeşləri “Rabitə”nin voleybolçusunun topa hər toxunuşunu alqışlarla qarşılayacaqlar.
Qeyd edək ki, Qlass 2007-2008-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0