“Azərreyl” çempion! - YENİLƏNİB
02.04.2011 - 17:12
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın həlledici mərhələsində Bakının “Azərreyl” klubu “Lokomotiv”ə hər 2 görüşdə qalib gəlməklə Avrokubokun çempionu adını qazanıb.
İlk görüşdə 3:1 hesabı ilə qələbə qazanan Vüqar Əliyevin yetirmələri bu dəfə də eyni hesabla qalib gəliblər. Onlar ilk setdə rəqiblərini çətinliklə məğlub etdikdən sonra “Lokomotiv” hesabı bərabərləşdirib. Lakin Draqutin Baltiçin yetirmələrinin bundan artığına gücləri çatmayıb. Belə ki, təcrübəli voleybolçulardan təşkil edilən “Azərreyl” II setdə məğlubiyyətdən nəticə çıxararaq, səhvsiz oynamağa başlayıb. Bunun nəticəsi olaraq, onlar ardıcıl 2 hissədə qələbə qazanıblar və “Çelenc Cup”ın çemionu adını qazanıblar.
Qeyd edək ki, bu mövsüm turnirində 14 oyun keçirən və heç bir görüşdə məğlub olmayan “Azərreyl” “Çelenc Cup”ı qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Final mərhələsi, cavab oyunu
“Azərreyl” – “Lokomotiv” - 3:1 (30:28, 22:25, 25:13, 25:17)
Hakimlər: Mixaylo Melnik (Ukrayna), Bayram Dikməntəpə (Türkiyə).
“Sərhədçi” Olimpiya Mərkəzi.
İlk oyun
“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:23, 20:25, 16:25, 22:25)

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0