Millimiz mövqeyini möhkəmlətdi
16.08.2011 - 09:04
Millimiz mövqeyini möhkəmlətdi
Kişilərdən ibarət Azərbaycan milli komandasının yer aldığı Avropa çempionatının B divizionun B qrupunda oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdə sensasiya qeydə alınmayıb.

Gözlənildiyi kimi, Rumıniya basketbolçularını qəbul edən İsveç yığması layiqli qələbə qazanıb. Qrupumuzun favoriti rəqibini 49 xal qabaqlamağı bacarıb – 93:44.

Digər görüşdə isə Albaniya və Belarus milliləri qarşılaşıblar. İlk 3 raundda ev sahiblərindən zəif təsir bağışlayan belaruslular yalnız sonuncu hissədə özlərinə gələ biliblər. Nəticədə 1 raund oynayan qonaqlar 77:71 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, bu matçlardan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb. İlk “üçlüyü” isə yalnız rumınlar tərk ediblər. Onlar öz yerlərini növbəti turda həmyerlilərimizlə oynayacaq Belarus komandasına veriblər.


VI tur
İsveç – Rumıniya – 93:44 (21:10, 17:11, 25:13, 30:10)
Albaniya – Belarus – 71:77 (26:23, 21:20, 11:7, 13:27)



1.

İsveç

6

5

1

520-394

11

2.

AZƏRBAYCAN

5

4

1

437-415

9

3.

Belarus

6

2

4

472-471

8

4.

Rumıniya

5

3

2

373-401

8

5.

Albaniya

6

0

6

434-555

6