Bürünc mükafatçımız poza verdi - FOTOSESSİYA
17.11.2011 - 14:21
Bürünc mükafatçımız poza verdi - FOTOSESSİYA
“İqtisadçı” klubunun sabiq voleybolçusu Yaima Ortis Rusiyada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı şimal qonşularımızı heyran etməyi bacarıb.

Sən demə, onun voleyboldankənar əyləncəsi modellikdir. Məlum olub ki, Yaima podiuma çıxmaq üçün ciddi marağı var və bunu Rusiyada da reallaşdırıb.

Ən əsası Ortis kubalı model kimi dünyada da yetərincə tanınır. 181 sm boya malik 30 yaşlı hücumçu söylədiklərinə kənardakıları inandırmaq üçün fotoobyetivlərin qarşısına çıxıb və bir neçə poza verib. O, şəkillərin birində kürkdə olub və belə geyiminə izah da verib: “Sibir soyuğu qəddardır. Ancaq mən ondan qorxmuram”.

Qeyd edək ki, fevral ayında “İqtisadçı”nın sabiq baş məşqçisi Jan de Brandtın istəyi ilə Bakı klubuna transfer olunan Olimpiadanın gümüş mükafatçısı mövsüm baş çatdıqdan sonra Moskva “Dinamo”suna keçib.
0