Seda Tokatlıoğlu: “Rabitə” gücümüzdən xəbərdardır
17.11.2011 - 14:53
Seda Tokatlıoğlu: “Rabitə” gücümüzdən xəbərdardır
“Çempionlar Liqasının yeni mövsümünə Almaniya “Drezdner”i ilə matçla start verəcəyik. Son 2 ildə əla oyun göstərsək də, yalnız gümüş və bürünc mükafatlara sahib ola bilmişik”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça” voleybol klubunun məşqçisi Kamil Söz deyib.

Azərbaycan millisinin və “Azərreyl”in sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı olan mütəxəssis Çempionlar Liqasının yeni mövsümündə “sarı-lacivərdlilər”in qarısına qoyduğu məqsədləri açıqlayıb.

B qrupunda “Rabitə” (Azərbaycan), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə eyni qrupda yer aldıqlarını xatırladan Söz bildirib ki, bu dəfə çempionluq yolunda əsas üstünlükləri buna inamlarının olmalarıdır: “Hədəfimiz hər zaman birinci olmaqdır. Amma uğurlu iştirakımıza baxmayaraq, çempionluğumuzu reallaşdıra bilmirik. Əsas da ötən mövsüm çox əsəbiləşdik. Amma bu dəfə belə bir istəyimizə çatacağımıza inanırıq. Bu inam kollektivdə hər birimizdə var”.

“Fənərbaxça”nın kapitanı Seda Tokatlıoğlu isə bütün rəqiblərinin İstanbul klubunun gücündən xəbərdar olduğunu deyib: “Artıq “Fənərbaxça”nı bütün Avropa tanıyır və rəqiblərimiz də gücümüzdən xəbərdardır. Hər mövsümdə olduğu kimi bu dəfə də çempionluq arzusu ilə başlayacağıq. Qrupumuzda güclü klublarla mübarizə aparacağıq. Amma biz də zəif deyilik. Hazırlıqlarımızı yüksək səviyyədə davam etdiririk və ən mötəbər yarışda hər matçımıza ciddi yanaşaraq, qalib gəlmək istəyirik”.

Qeyd edək ki, Kamil “Azərreyl”də məşqçi kimi də çalışıb.
0