Millimizin 3 üzvü yeni komandada
17.11.2011 - 15:48
Millimizin 3 üzvü yeni komandada
“Azərreyl” klubu növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “dəmiryolçular” birdən-birə 3 voleybolçu ilə razılığa gəliblər.

Bunlardan ikisi ötən il “Şirvan”da oynamış Azərbaycan milli komandasının üzvləri Odina Əliyeva (II dövrədə “Bakı”nın şərəfini qoruyub) və Dərya Zamanovadır. Digər voleybolçu isə noyabrın 8-12-də Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirin seçmə mərhələsində yığmamızda debüt edən Anastasiya Qurbanovadır.

Qeyd edək ki, hər onların hər üçü ilə 1 illik müqavilə imzalanıb.