“Azərreyl” keçmişə qayıdır - FOTO
17.11.2011 - 16:09
“Azərreyl” keçmişə qayıdır - FOTO
“Azərreyl” klubunun heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” yeni mövsüm üçün 14 voleybolçu sifariş ediblər.

Bunlar Oksana Parxomenko, Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova, Dərya Zamanova, Odina Əliyeva, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Paulino De Souza Pereyra (Braziliya), Nutsara Tomkom (Tailand), Hizer Erin Brun, Tamas Cenefferlə (hər ikisi ABŞ), Oksana Kovalçuk (Belarus) və Sara Anzanellodur (İtaliya).

Heyətə baxdıqda “Azərreyl”də yenidən milli komandanın 8 üzvü cəmləşib. Yığmamızın aparıcı voleybolçularından Natalya Məmmədova (“Rabitə”), Kseniya Kovalenko (“Kariparma”) və Yelena Parxomenko (“Lokomotiv”) bu klubda çıxış etməsələr də, “dəmiryolçular” Azərbaycan Super Liqasında ən güclü yerli voleybolçuları heyətə qatmağı bacarıb.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasında da məhz bu 14 oyunçunun adını iştirak ərizəsinə daxil edib.
0