Faiq Qarayev yenidən “Azərreyl”də
18.11.2011 - 10:19
Faiq Qarayev yenidən “Azərreyl”də
“Azərreyl” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayev 2 illik fasilədən sonra paytaxt təmsilçisinin “sükanı arxası”na keçib.

Milli komandamızın da baş məşqçisi olan Qarayev “Azərreyl”in Çempionlar Liqasına qayıtmasından sonra postuna dönüb. Belə ki, “dəmiryolçular” 2008/2009 mövsümündə sonuncu dəfə məhz Qarayevin rəhbərliyi altında bu nüfuzlu turnirdə çıxış edib.

“Azərreyl” isə Qarayevin gedişindən sonra 2 dəfə “Çelenc Cup” və 1 dəfə CEV kubokunda qüvvəsini sınayıb. Komanda “Çelenc Cup”ın son qalibidir. O, buna Qarayevin əvəzlədiyi gənc mütəxəssis Vüqar Əliyevin rəhbərliyi altında nail olub.

Qeyd edək ki, Super Liqanın son vitse-çempionu 2009-cu ildə türkiyəli Adnan Kistaka həvalə edilmişdi. Onun rəhbərliyi altında 4-cü olan “Azərreyl” son mövsümdə Əliyevin rəhbərliyi altında çıxış etmişdi. O, yığmamızda olduğu kimi “Azərreyl”də də Qarayevin köməkçisi olacaq.
0