“Azərreyl” rəhbərliyi Valeriya Korotenkoya əvəzləyici gətirdi
18.11.2011 - 10:46
“Azərreyl” rəhbərliyi Valeriya Korotenkoya əvəzləyici gətirdi
“Azərreyl” klubu Avropa Voleybol Konfederasiyasına (CEV) göndərdiyi iştirak ərizəsində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin çalışdıracağı komanda son anda Tailand yığmasının liberosu Piyanut Pannoyu rəglərinə bağlayıb.

Bununla da “Azərreyl” sifariş ərizəsinə 15 voleybolçunun, o cümlədən millimizin də üzvü olan Valeriya Korotenkodan sonra ikinci liberonun adını daxil edib: Oksana Parxomenko, Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova, Dərya Zamanova, Odina Əliyeva, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Paulino De Souza Pereyra (Braziliya), Piyanut Pannoy, Nutsara Tomkom (hər ikisi Tailand), Hizer Erin Brun, Tamas Cenefferlə (hər ikisi ABŞ), Oksana Kovalçuk (Belarus) və Sara Anzanellodur (İtaliya).

Qeyd edək ki, 22 yaşlı Pannoy 171 sm boya malikdir. Tailand milli komandasının heyətində Asiya çempionatında 1 qızıl, 2 bürünc, Asiya kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb. O, “Rabitə”nin dünya çempionatında məğlub etdiyi “Çanq”la isə təmsil etdiyi qitənin klublararası birinciliyində 3 dəfə fəxri kürsünün son pilləsinə qalxıb və son mövsümdə yarışın ən yaxşı liberosu seçilib.