Yığmamızın kapitanı: Bizim yalnız bir məqsədimiz var
18.11.2011 - 12:23
“Noyabrın sonlarında Azərbaycan çempionatına start veriləcək. Artıq biz də məşqlərə başlamışıq”. Bunu apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” basketbol klubunun oynayan baş məşqçisi Tahir Baxşıyev deyib.
Yeni start götürəcək Azərbaycan çempionatında 6 klub mübarizə aparacaq. Bunlar “Qala”, “Araz”, “Naxçıvan Türk Liseyi”, “Bakı Dövlət Universiteti”, “AzTOP” və Azərbaycan Texniki Universitetinin komandasıdır. Halbuki, az öncə son ölkə çempionu “Araz”ın yarışda mübarizə aparması sual altına düşmüşdü.
Lakin sonradan sponsorların Azərbaycanın titullu klubuna yenidən diqqət ayırması əyalət təmsilçisinin yaşaması ilə nəticələndi. Millimizin də kapitanı olan Baxşıyev bildirib ki, artıq bütün çətinliklər arxada qalib və çempionatın startına kimi tam hazır olacaqlar: “Artıq bütün problemlər arxada qalıb. Biz hələ 2 həftə öncə fiziki məşqlərə başlamışdıq. İndi hazırlığımızı davam etdiririk. Fikrimcə, hər şey yenə bizim üçün uğurlu olacaq. Komandamızın isə həmişə olduğu kimi yenə də bir məqsədi var. Bu da çempionluqdur”.
Təcrübəli basketbolçunun sözlərinə görə, güclərini yoxlamaq üçün bu gün yoldaşlıq matçı da keçirəcəklər. “Araz” çempionatın debütantı “Naxçıvan Türk Liseyi” ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, noyabrın 21-də Azərbaycan çempionatının püşkünün atılması və bundan 5 gün sonra ilk turun keçirilməsi planlaşdırılır.

0
0