Klublarımızı əlcək kimi dəyişir...
18.11.2011 - 12:39
Klublarımızı əlcək kimi dəyişir...
Azərbaycan çempionu “Rabitə”nin şərəfini qoruyan serbiyalı voleybolçu Silviya Popoviçin həyat yoldaşı Milovan Popoviç “Qala” basketbol klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, buna əslən Çernoqoriyadan olan legionerin ölkəmizdə özünə yeni klub tapması səbəb olub.

O, Naxçıvanın “Araz” komandasına transfer olunub və 1 illik müqaviləyə imza atıb. Ötən il “Qala” ilə ikinci olan Milovanın klubunu dəyişməsini həyat yoldaşı Silviya kimi Azərbaycan çempionu olmaq arzusu ilə də əlaqələndirmək olar. Çünki 2009/2010 mövsümündən Azərbaycanda oynayan basketbolçu xanımından fərqli, hələ qızıl medala sahib ola bilməyib. Halbuki, həmin vaxtda Silviya “Rabitə” ilə 2 dəfə Super Liqanın qalibi, Çempionlar Liqasının gümüş mükafatçısı və klublararası dünya çempionatının ən güclüsü olub.

Qeyd edək ki, Milovan 2009/2010 mövsümündə “Bakı”da çıxış edib və 4-cü yeri tutub. Bu klub isə ötən ildən maliyyə problemi səbəbindən çıxışını dayandırıb.