Valeriya Korotenko: Aqressiv və çox diqqətli oynamalıyıq
18.11.2011 - 15:52
Valeriya Korotenko: Aqressiv və çox diqqətli oynamalıyıq
“Biz ötən il “Çelenc Cup”da mübarizə apardıq və bu yarışda qızıl medallara yiyələndik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Azərreyl”in liberosu Valeriya Korotenkoya məxsusdur.

Yığmamızın da şərəfini qoruyan voleybolçu “dəmiryolçuların” 3 illik fasilədən sonra yenidən Çempionlar Liqasına qayıdışına münasibət bildirib. Korotenko bildirib ki, məsuliyyətlərini yaxşı dərk edirlər: “Bilirik ki, ötən mövsüm qüvvəmizi sınadığımız bu yarışla Çempionlar Liqası arasında fərq çox böyükdür. Biz aqressiv və çox diqqətli oynamalıyıq”.

Qeyd edək ki, “Azərreyl” “Foppapedretti” (İtaliya), “Vaqıfbank TTelekom” (Türkiyə) və “Tomis” (Rumıniya) klubları ilə D qrupunda yer alıb.
0