3 “azərbaycanlı”nın Yaponiya sərgüzəşti
18.11.2011 - 17:31
Qadın voleybolçular arasında Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən yarışın qalibi adını İtaliya millisi qazanıb.
“Azərreyl”in üzvü Sara Anzanellonun da şərəfini qoruduğu Apennin təmsilçisi 11 oyundan 28 xal toplayıb. İkinci yer onlardan 2 xal az toplayan ABŞ voleybolçularına qismət olub. Dünya Kubokunda gümüş medallara qovuşanlar arasında da 2 “azərbaycanlı” - Tayyubu Xaneef-Park (“İqtisadçı”) və Cennifer Tamas (“Azərreyl”) yer alıb. 12 milli komandanın mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə isə Çin yığması qalxıb. Beləliklə, hər 3 komanda London-2012-yə lisenziya qazanıb.
Qeyd edək ki, Böyük Britaniyada keçiriləcək Olimpiadaya Avropadan yalnız 1 komanda vəsiqə qazandığından Türkiyədə gələn ilin mayında baş tutacaq qitə üzrə Olimpiya təsnifat turnirində də yalnız bir dəyişiklik olub. İtaliyalılar arzularına Yaponiyada qovuşduqlarından, İstanbula yollanmaq Hollandiya voleybolçularına nəsib olub. Onlar bu hüquqa Olimpiya Təsnifat Turnirin seçmə mərhələsində ən çox xal toplayan finalçı kimi yiyələniblər. Nəticədə Türkiyədə ev sahibi, Polşa, Rusiya, Xorvatiya, Bolqarıstan, Serbiya, Almaniya və Hollandiya milliləri qüvvələrini sınayacaqlar.

0
0