Rəqibimiz Rumıniya çempionatında liderliyə yüksəldi
21.11.2011 - 09:55
Rəqibimiz Rumıniya çempionatında liderliyə yüksəldi
Qadın voleybolçular arasında Rumıniya çempionatında III turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, bu matçlarda Çempionlar Liqasında “Azərreyl”in rəqibi “Tomis”, CEV sensasiyaya imkan 1növbəti qələbələrini qazanıblar.

Belə ki, Konstanta klubu evdə “Kraiova”nı qəbul edib. Matçın ilk setini qonaqlar qazansalar da, “Tomis” sensasiyaya imkan verməyib və yekunda 3:1 (23:25, 25:16, 25:19, 25:18) hesabı ilə qalib gəlib.

“Dinamo-Romprest” isə “Sibiu” ilə qüvvəsini sınayıb. Görüş “İqtisadçı”nın rəqibinin 3:1 (25:16, 23:25, 25:12, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3 turdan sonra “Dinamo-Romprest” 1-ci, “Tomis” 7-ci yeri tutur.
0