Yığmamız reytinq cədvəlində mövqeyini qorudu
21.11.2011 - 15:42
Yığmamız reytinq cədvəlində mövqeyini qorudu
Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Dünya Kubokunun yekununa əsasən açıqlanan siyahıda Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası mövqeyini qoruyub.

Belə ki, London-2012-yə lisenziya xarakterli seçmə mərhələdə zəif çıxış edən və Dünya Kubokunda da iştirak etməyən Faiq Qarayevin yetirmələri yenə Tunis yığması ilə 35-36-cı yerləri bölüşürlər. Onların aktivində 18 reytinq xalları var.

Komandamızdan fərqli, ilk “20-lik”də qərarlaşan millilərin mövqeyindən dəyişiklik olub. Dünya Kubokunda gümüş mükafatlara sahib çıxan ABŞ yığması (285 xal) liderliyə yüksəlib. Əvəzində Braziliya voleybolçuları isə ikinci yerə eniblər. İlk “üçlüyü” 2 rəqibin qabaqlayan Yaponiya daxil olub.

Qeyd edək ki, kişi voleybolçular arasında Dünya Kuboku yeni start götürdüyündən onlar üçün reytinq cədvəli yarışdan sonra açıqlanacaq.