“Rabitə”nin iştirakı təsdiqləndi
21.11.2011 - 18:25
“Rabitə”nin iştirakı təsdiqləndi
İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında beynəlxalq turnirdə Azərbaycan və dünya çempionu “Rabitə”nin iştirakı təsdiqlənib. Apasport.az məlumatına görə, dekabrın 27-29-da baş tutacaq ənənəvi yarışa Zoran Qayiçin yetirmələri də qatılacaqlar.

Müəyyən müddətdir dünyanın bir neçə qitəsindən kifayət qədər güclü klublar iştirak edən və “kiçik dünya çempionatı” adlandırılan “Top Volley İnternational”da Bakı klubu ilə yanaşı, İsveçrənin “Volero”, Braziliyanın “Unilever”, Fransanın “Kann” və Rusiyanın “Severstal” komandalarının da çıxış edəcəyi dəqiqləşib. 6-cı klubun adına isə bugünlərdə aydınlıq gələcək.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə dekabrın 27-28 qrup mərhələsi və yarımfinal oyunları keçiriləcək. Yarışın son günündə isə 3-cü yer uğrunda matç və final görüşü baş tutacaq.
0