Kruiff və Müller Azərbaycan çempionuna rəqib oldular
22.11.2011 - 15:29
Kruiff və Müller Azərbaycan çempionuna rəqib oldular
“Rabitə”nin Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın “Drezdner” klubu yeni mövsüm üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabrın 7-də və gələn il yanvarın 10-da Zoran Qayiçin yetirmələri ilə qarşılaşacaq komanda bu matçlarda cəmi 5 legionerə gücənəcək.

Baş məşqçi Aleksandr Vaibl Avropa Voleybol Konfederasiyasına göndərdiyi sifariş ərizəsinə 11 yerli voleybolçunun adını daxil edib. Bunlar Silviya Sperl, Marin Apitz, Friederike Zyeme, Stefanye Karg, Kerstein Tjçerliç, Qrit Müller, Stefanye Kestner, Nikol Şröber, Katarina Şvabe, Anna Mattes (hamısı Almaniya), Teşa Harri, Anna Kmaylo (hər ikisi ABŞ), Robin de Kruiff, Femke Stoltenborg və Yudit Pyetersondur (hər üçü Hollandiya).

Qeyd edək ki, “Drezdner” ötən mövsüm “Çelenc Cup”da mübarizə aparıb və “Azərreyl”ə uduzub.