Rəqibimiz evdə məğlubiyyətə üzüldü
23.11.2011 - 10:28
Rəqibimiz evdə məğlubiyyətə üzüldü
Bakının “Azərreyl” voleybol klubunun Çempionlar Liqasındakı rəqibi “Foppapedretti” İtaliya A seriyasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Novara”nı qəbul edən Berqamo təmsilçisi məğlubiyyətə üzülüb.

Belə ki, qonaqlar hesabda geri düşsələr də (2:1), əzmkarlıq nümayiş etdirərək sonda 2:3 (23:25, 25:22, 25:16, 17:25, 14:16) hesabı ilə qələbə qazanıblar. Nəticədə bu məğlubiyyət “Foppapedretti”nin turnir cədvəlində 3-cü pilləyə enməsinə səbəb olub.