“Azərreyl” İstanbulda qrup birincisi ola bilər
19.12.2011 - 17:30
“Azərreyl” İstanbulda qrup birincisi ola bilər
“Azərreyl” klubu sabah Çempionlar Liqasında 4-cü oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Türkiyədə “Vakıfbank TTelekom” komandasının qonağı olacaqlar.

Artıq pley-offa vəsiqəni təmin edən “Azerreyl” bu matçda xal qazanacağı halda, növbəti mərhələyə demək olar qrup lideri kimi yüksələcək. Çünki bundan sonra səfərdə “Foppapedretti” (İtaliya) və evdə “Tomis”lə (Rumıniya) oyunlarda voleybolçularımızın məğlub olacağı inandırıcı deyil.

Lakin hər şey “Vakıfbank TTelekom”la dueldən asılı olacaq. Qarayev sabiq komandasına səfərdə də yerini göstərə bilsə, “Azərreyl” böyük psixoloji üstünlük əldə edəcək. Düzdür, rəqib də revanş üçün meydana çıxacaq. Amma voleybolçularımız Bakıdakı 3:0 hesablı qələbənin təsadüf olmadığını İstanbulda da sübut etmək gücündədir.

20 dekabr

IV tur

21:30. “VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN)
Hakimlər: Qoran Qradinskinin (Serbiya), Marko Seyfrid (Sloveniya)
İstanbul, Burhan Fələk Salonu

Azərreyl 3 3 0 9-1 248-174 9
Vakıfbank TTelekom 3 2 1 6-3 240-216 6
Tomis 3 1 2 3-8 215-254 2
Foppapedretti 3 0 3 3-9 236-273 1


İlk oyun
“AZƏRREYL” (AZƏRBAYCAN) – “VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) - 3:0 (25:23, 25:21, 26:24)

Qeyd edək ki, qrupumuzun digər görüşündə “Foppapedretti” “Tomis”lə qarşılaşacaq. Bu görüş dekabrın 22-də olacaq.