Qış çempionu I dövrəyə yekun vuracaq
23.12.2011 - 18:41
Qış çempionu I dövrəyə yekun vuracaq
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatının I dövrəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qış çempionu müəyyənləşdiyindən ikinci pillədə dəyişiklik ola bilər.

Belə ki, artıq ötən turdan I dövrədə birinci yeri təmin edən “Araz” özündən 1 xal az toplayan “Çağ öyrətim”lə üz-üzə gələcək. Naxçıvan təmsilçisi oyunun aşkar favoritidir. Çünki son 2 ildə rəqib tanımayan Tahir Baxşıyevin yetirmələrinin “şagirdlər”lə dueldə xal itirəcəkləri inandırıcı deyil.

Təbii ki, “Çağ öyrətim”in xal itirməsi “Qala” üçün də “göydəndüşmə” olacaq. Onlar autsayder BDU-ya böyük hesabla qalib gələcəkləri halda, top fərqinə görə ikinci pilləyə yüksələ bilərlər. Lakin debütant sensasiyaya imza atarsa, “Qala” yerində sayacaq.

NTL-Tudor – AZTOP görüşündə isə birincilərin qələbəsi gözlənilir. Bu qələbə həm də onlara çempionatın sonunda yarımfinala yüksəlməsi üçün vacibdir.

24 dekabr
I dövrə
V tur
12:00. “Qala” – BDU
13:30. NTL-Tudor – AZTOP
15:00. “Çağ öyrətim” - “Araz”

1. Araz 4 4 0 431-2458
2. Çağ öyrətim 4 3 1 292-253 7
3. Qala 4 2 2 235-221 6
4. NTL-Tudor 4 2 2 226-222 6
5. AZTOP 4 1 3 274-309 5
6. BDU 4 0 4 185-391 4