“Lokomotiv” - “ZOK Split” görüşlərinin vaxtı dəqiqləşdi
26.12.2011 - 12:20
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup”ın 1/16 finalında Xorvatiyanın “ZOK Split” komandası ilə görüşlərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ilk oyunlarına yanvarın 11-də səfərdə çıxacaqlar. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu komandalar arasında cavab oyunu yanvarın 18-nə təsadüf edəcək. Bakı İdman Sarayında baş tutacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Lokomotiv” “Çelenc Cup”ın II təsnifat mərhələsində Macarıstanın “Vaşaş” klubunu mübarizədən kənarlaşdırıb. “ZOK Split” isə CEV kubokunda Krasnodar “Dinamo”suna uduzub və “aşağı divizion”a düşüb.

0
0