“NTV+Sport” Azərbaycan çempionunun oyununu canlı yayımlayacaq
26.12.2011 - 13:47
“NTV+Sport” Azərbaycan çempionunun oyununu canlı yayımlayacaq
Azərbaycan çempionu “Rabitə”nin oyunu Rusiyanın NTV+Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə ölkəmizin ən güclü komandasının “Top Volley İnternational” turnirində ilk qarşılaşmasını azərbaycanlı azarkeşlər də seyr edə biləcəklər.

Belə ki, rusiyalı həmkarlarımız dekabrın 27-də baş tutacaq son dünya çempionları – “Rabitə” ilə “Severstal” (Rusiya) klubunun oyununu birbaşa təqdim edəcəklər.

Qeyd edək ki, Bazeldə baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.