2 komanda Azərbaycan çempionatından imtina etdi
26.12.2011 - 14:06
2 komanda Azərbaycan çempionatından imtina etdi
Gəncədə qadın voleybolçular arasında I liqa yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, 8 komandanın iştirak etdiyi turnir heç də istənilən kimi alınmayıb. I dövrənin startındaca “Sumqayıt” və “Şirvan” klubları maddi çətinliyi əsas gətirərək, çempionatdan imtina ediblər.

Lakin buna baxmayaraq, yarış öz axarı ilə davam edib. I dövrədən sonra vaxtilə Super Liqada mübarizə aparan “Nəqliyyatçı” və “Gəncə” ilk 3 turu qələbə ilə başa vurublar.

Gəncə şəhəri

I tur
“Nəqliyyatçı” – “Şirvan” - 3:W
“Qax” – “Şəki” – 3:1
“Sərhədçi” – “Rabitə” - 3:0
“Gəncə” – “Sumqayıt” – 3:W

II tur
“Şəki” – “Şirvan” – 3:W
“Nəqliyyatçı” – “Qax” – 3:0
“Rabitə” – “Sumqayıt” – 3:W
“Sərhədçi” – “Gəncə” - 0:3

III tur
“Rabitə” – “Gəncə” - 0:3
“Qax” – “Şirvan” – 3:W
“Nəqliyyatçı” – “Şəki” – 3:0
“Sumqayıt” – “Sərhədçi” – W:3

I qrup: “Nəqliyyatçı” – 6 xal, “Qax” - 5, “Şəki” - 4, “Şirvan” – x, II qrup: “Gəncə” - 6, “Sərhədçi” – 4, “Rabitə” - 5, “Sumqayıt” – x.