Rəqiblərimiz qələbələrini sıralayır
23.01.2012 - 11:12
Rəqiblərimiz qələbələrini sıralayır
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində Bakının “Rabitə” və “Azərreyl” klublarının rəqibləri “Atom” (Polşa) ilə “Volero” (İsveçrə) yerli çempionatda növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, hər 2 komanda turu qələbə ilə başa vurub.

Belə ki, fevralın 1-də “Azərreyl”i qəbul edəcək “Volero” “Pfeffingen”in qonağı olub. Ev sahibləri yalnız ilk setdə ciddi müqavimət göstərsələr də, qələbə qazana bilməyiblər və yekunda 0:3 (24:26, 14:25, 22:25) hesabı ilə uduzublar. Nəticədə “Volero” 33 xalla ikinci pillədəki yerini qoruyub.

“Atom” isə “Volero”dan fərqli, doğma divarlar arasında oynayıb. “Lodz”la qarşılaşma “Rabitə”nin rəqibi üçün uğursuz başlasa da, sonda onlar oyunda dönüş yaradıblar və 3:1 (24:26, 25:20, 25:14, 25:18) hesabı ilə qalib gəliblər.