Serbiya klubunun Bakıya gələcəyi tarix müəyyənləşdi
23.01.2012 - 13:59
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində Serbiyanın “Vizura” komandası ilə ilk görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” rəqiblərini fevralın 1-də paytaxtımızda qəbul edəcəklər.
Bakı İdman Sarayında keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hələ cavab matçının tarixi müəyyənləşməyib.
Bakı İdman Sarayında keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hələ cavab matçının tarixi müəyyənləşməyib.
0
0