Pley-off mərhələsinə səfərdə start
31.01.2012 - 14:22
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışında Bakının “Azərreyl” və “Rabitə” klubları ilk matçlarını səfərdə keçirəcəklər.
Faiq Qarayevin yetirmələri Sürixdə “Volero”nun qonağı olacaqlar. “Azərreyl” nəinki oyunun, hətta cütün aşkar favoritidir. Bunun üçün komandamızın səfərdə asan qələbə qazanacağı gözlənilir. Çünki rəqibimiz “dəmiryolçular”dan fərqli, qrup mərhələsini üçüncü yerdə başa vurub və hazırda heç də yaxşı dövrünü yaşamır. Düzdür, “Azərreyl” səfərdə gözlənilən oyunu sərgiləmir. Lakin bu dəfə onların belə çətinliklə üzləşəcəkləri inandırıcı deyil.
Son Azərbaycan çempionunun da Polşada büdrəyəcəyi inandırıcı görünmür. Çünki ötən mövsüm də pley-offda bu ölkənin təmsilçisi ilə qarşılaşan “Rabitə” asanlıqla mərhələ adlamışdı. Komandamızın heyətinin bu il daha da gücləndiyini nəzərə alsaq, Zoran Qayiçin yetirmələrindən “quru hesablı” qələbə gözləməyə dəyər.
1 fevral
1/8 final mərhələsinin ilk oyunları
23:15. “VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN)
Hakimlər: Silvian Lungi (Rumıniya), Fabrise Kollados (Fransa)
Sürix, Sportanlage İm Birch
23:30. “ATOM” (POLŞA) – “RABİTƏ” (AZƏRBAYCAN)
Hakimlər: Qoran Qradinski (Serbiya), Arturo di Qiakomo (Belçika)
Sopot, Hala Ergo Arena Qdansk

0
0