“Cavab oyununda “Azərreyl”ə qalib gəlmək yollarını tapacağıq”
02.02.2012 - 11:25
“Cavab oyununda “Azərreyl”ə qalib gəlmək yollarını tapacağıq”
“Voleybolçularım hətta oyunun ən çətin anlarında belə özünü itirməməlidir. Lakin üçüncü setin sonunda buraxılan kobud səhvlər məğlubiyyətlə nəticələndi” Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.

O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə Bakının “Azərreyl” komandasına 1:3 hesablı məğlubiyyətə münasibət bildirib. İliçin sözlərinə görə, yetirmələri son nöqtəni qoymaqda çətinlik çəkiblər: “Aydın məsələ idi ki, Bakı komandası öz güclü silahından istifadə etməyə çalışacaq. Onlar blokda və müdafiədə çox inamlı çıxış etdilər. Yetirmələrimdə isə bu alınmadı. İnanıram ki, cavab oyununda qalib gəlmək yollarını tapacağıq”.

Qeyd edək ki, cavab oyunu fevralın 8-də Bakıda olacaq.