“Araz”dan növbəti qələbə - YENİLƏNİB
04.02.2012 - 19:02
“Araz”dan növbəti qələbə - YENİLƏNİB
Bu gün kişi kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra ilk “üçlük”də dəyişiklik olmayıb.

Belə ki, tura “Qala” – BDU matçı ilə start verilib. Bu matçda Elxan Əliyevin yetirmələrinin ilk dövrədə olduğu kimi asan qələbə qazanıblar. Onlar autsayderi 73 xal fərqi ilə məğlub ediblər – 111:38.

Günün ikinci oyununda son Azərbaycan çempionu “Araz” da növbəti qələbəsini qazanıb. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda “AZTOP”a 103:67 hesabı ilə qalib gəlib.

Tura “Çağ Öyrətim” – “NTL-Tudor” matçı ilə yekun vurulub. Bu görüşdə birincilər favorit hesab olunsalar da, onlar qələbə qazana bilməyiblər. Nəticədə “NTL-Tudor” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.

VIII tur
4 fevral
“Qala” – BDU - 111:38
“Araz” – “AZTOP” - 103:67
“Çağ Öyrətim” – “NTL-Tudor” - 61:86


1. Araz 8 8 0 845-462 16
2. Qala 8 6 2 606-407 14
3. Çağ Öyrətim 8 4 4 522-577 12
4. AZTOP 8 3 5 569-592 11
5. NTL-Tudor 8 3 5 581-500 11
6. BDU 8 0 8 368-846 8

Qeyd edək ki, IX turun oyunları fevralı 11-də olacaq.