“Bakı” üçün asan oyun
07.02.2012 - 14:45
“Lokomotiv” və “Bakı” klubları sabah “Çelenc Cup”ın 1/8 final mərhələsində cavab oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, ilk görüşlərində Bakıda qələbə qazanan hər 2 komandamız ikinci matçlarını səfərdə keçirəcəklər.
Paytaxt təmsilçilərindən “dəmiryolçular”ı çətin sınaq gözlədiyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki kifayət qədər perspektivli voleybolçuların cəmləşdiyi “Vizura” doğma divarlar arasında əla oyun nümayiş etdirir. Əsasən gənclərdən təşkil olunan komanda Bakıda da zəif olmadığını nümayiş etdirdi. Çünki onlardan öncə “Lokomotiv”dən paytaxta set almaq heç bir kluba qismət olmamışdı.
Amma Draqutin Baltiçin yetirmələri ilk setdə qələbə qazana bilsələr, bunu layiqincə davam etdirəcəklər.
“Lokomotiv”lə müqayisədə “Bakı”nın işi daha asan olacaq. Çünki onların rəqibləri “Rieka” “Vizura” ilə müqayisədə elə də güclü deyil. Lakin buna baxmayaraq, Ancelo Vercesinin yetirmələri arxayınlaşmalı deyillər. Onlar səfərdə də Bakıdakı kimi gözəl oynayıb mərhələ adlamaq arzusundadırlar.
Bütün bunlara baxmayaraq, səfərdə hər 2 klubumuz uduzsa belə bu, təmsilçilərimizin mübarizəni dayandırması ilə nəticələnməyəcək. Belə olan halda “Qızıl set”ə ehtiyac olacaq və “lotoreya”da güclü olacaq kollektiv 1/4 finala vəsiqə qazanacaq.
“Çelenc Cup”
8 fevral
1/8 final mərhələsinin cavab oyunu
21:00. “VİZURA” (SERBİYA) - “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)
SC Vizura, Belqrad
İlk oyun
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)
21:00. “RİEKA” (XORVATİYA) - “BAKI” (AZƏRBAYCAN)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)
Dvorana Mladost, Rieka
İlk oyun
“BAKI” (AZƏRBAYCAN) – “RİEKA” (XORVATİYA) - 3:0 (25:14, 25:16, 25:21)

0
0