Ruslar “Bakı”ya əlcək atdılar
08.02.2012 - 12:13
Ruslar “Bakı”ya əlcək atdılar
Rusiyanın “Omiçka” voleybol klubu növbəti mərhələdə “Bakı” ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi “Çelenc Cup”ın 1/8 final mərhələsinin hər 2 oyununda “Veert” (Belçika) komandasına qalib gələrək, növbəti mərhələyə yüksəliblər.

1/4 finalda isə “Omiçka”nın rəqibi “Bakı” – “Rieka” cütünün qalibi olacaq. İlk matçda rəqibini 3:0 hesabı ilə məğlub edən Ancelo Vercesinin yetirmələri bu gün səfərdə Xorvatiya klubuna qalib gələrsə, məhz növbəti mərhələdə “Bakı” – “Omiçka” dueli baş tutacaq.

Qeyd edək ki, analoji yarışın ötən mövsümündə “Omiçka” Bakının “Lokomotiv” komandası ilə qarşılaşmışdı və “Qızıl set”də uduzaraq, mübarizəni dayandırmışdı.