“Bakı” ilə görüşə xüsusi gərginlik olmadan çıxacağıq”
09.02.2012 - 12:43
Rusiyanın “Omiçka” voleybol klubunun baş məşqçisi Vladimir Kuzyutkin “Çelenc Cup”ın 1/4 final mərhələsində rəqiblərinin “Bakı” olmasına təəccüblənməyib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Belçikanın “Veert” klubunu mübarizədən kənarlaşdırdıqdan sonra məhz bakılılarla görüşəcəyini gözləyirmiş.
Rusiya milli komandasının sabiq çalışdırıcısı məğlubiyyətsiz irəliləyən “Bakı”nı dayandırmağın yolları barədə də danışıb: “Biz bu matçlara asan oyun kimi yanaşmağa çalışacağıq. Meydana xüsusi gərginlik olmadan çıxacağıq. Onda oyunumuz alınacaq və belə olan halda mərhələ adlaya bilərik”.
Qeyd edək ki, “Omiçka” ilə ilk oyun fevralın 22-də Omsk şəhərində keçiriləcək.

0
0