“Atom”u “zərərsizləşdirən” qəhrəman - FOTO
09.02.2012 - 20:59
“Atom”u “zərərsizləşdirən” qəhrəman - FOTO
Qadın voleybolçular Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Rabitə” (Azərbaycan) – “Atom” (Polşa) duelinin ən güclüsü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, görüşün bombardiri adını Bakı təmsilçisinin kapitanı Natalya Məmmədova qazanıb.

O, cütün taleyinin “Qızıl set”də həll olunduğu görüşdə komandasına 24 xal qazandırıb. Zoran Qayiçin digər yetirmələri – Nataşa Osmokroviç 20, Nataşa Krsmanoviç 15, Sanya Staroviç 13, Mira Qoluboviç 7 və Meri Spayser 2 xala sevinib.

Qeyd edək ki, səfərdə 1:3 hesabı ilə uduzan “Rabitə” Bakıda eyni hesabla qələbə qazanıb. “Qızıl set”də isə voleybolçularımız 15:6 hesabı ilə qalib gəliblər.