“Azərreyl”in rəqibi bilindi
09.02.2012 - 21:12
Bakının “Azərreyl” voleybol klubunun Çempionlar Liqasının 1/4 final mərhələsindəki rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yarımfinala yüksəlmək üçün “Dinamo” (Kazan) komandası ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Rusiya təmsilçisi ilə ilk oyun fevralın 21-23-də Kazanda, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, “Dinamo” 1/8 finalda Almaniyanın “Dresdner” klubuna hər 2 matçda qalib gəlib.
Rusiya təmsilçisi ilə ilk oyun fevralın 21-23-də Kazanda, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, “Dinamo” 1/8 finalda Almaniyanın “Dresdner” klubuna hər 2 matçda qalib gəlib.
0
0