Çempionlar Liqası: 1/4 final cütlükləri bəlli oldu
10.02.2012 - 11:01
Çempionlar Liqası: 1/4 final cütlükləri bəlli oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 8 matçdan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların siyahısı məlum olub.

Belə ki, 1/4 finalda 5 ölkədən 8 klub mübarizə aparacaq. Bunlar arasında Azərbaycan, Türkiyə və İtaliya 2 komanda ilə təmsil olunacaq. Fransa və Rusiyanın isə hərəsinin 1 klubu 1/8 final səddini aşa bilib.

1/4 final cütləri

“Rabitə” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Kazan, Rusiya) – “Azərreyl” (Azərbaycan)
“Vakıfbank TTelekom” (Türkiyə) – “Kann” (Fransa)
“Villa Kortese” (İtaliya) – “Foppapedretti” (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçları fevralın 21-23-də, cavab görüşləri 1 həftə sonra olacaq.