“Azərreyl” real gücə malikdir”
10.02.2012 - 11:34
“Azərreyl” real gücə malikdir”
“Azərreyl” yaxşı komandadır. Onlar İsveçrənin “Volero” klubunu hər 2 oyunda məğlub etdi. Sürix təmsilçisi ilə isə biz qrup mərhələsində görüşmüşük”. Apasport.az saytının məlumatına görə, bunu Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.

Rusiya təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsində Bakının “Azərreyl” komandası ilə qarşılaşacaq. Qilyazutdinov bildirb ki, “dəmiryolçular” layiqli rəqibdir: “Azərreyl”in heyətində amerikalı Boun, Tailanddan Nutsara kimi güclü oyunçular var. Bizdə bu klub haqda ətraflı informasiya var. “Azərreyl” yaxşı komplektləşib və real gücə malikdir. Onlar yaxşı rəqibdir”.

Qeyd edək ki, “Dinamo” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək.