Fasilə bitdi: Qisas və debütlə əlamətdar tur
11.02.2012 - 00:02
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə bitəcək. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turunda 3 görüş baş tutacaq. Son Azərbaycan çempionu “Rabitə”nin istirahət edəcəyi oyun günündə müvəqqəti lider dəyişikliyi də baş verəcək.
Belə ki, tura “Azəryoloservis” – “İqtisadçı” matçı ilə start veriləcək. Oyunun favoriti universitet komandası olsa da, debütantdan da sürpriz gözləməyə dəyər. Düzdür, avrokuboklarla vidalaşan “İqtisadçı” artıq bütün gücünü Super Liqaya qoyacaq və yeni baş məşqçi Bülənt Karslıoğlu da debütünü 2 xalla başa vurmağa çalışacaq. Lakin bu heç də onlara asan başa gəlməyəcək. Çünki “Azəryoloservis” də ilk dövrədəki məğlubiyyətin qisasını almaq arzusundadır.
Bu oyunun ardınca turun mərkəzi matçı - “Bakı” – “Lokomotiv” dueli start götürəcək. “Çelenc Cup”dan fərqli, Super Liqanın son oyunlarda qələbəyə həsrət qalan və liderliyi itirən Ancelo Vercesinin yetirmələri bu dəfə günahlarını “yumağa” çalışacaqlar. Onlar ilk dövrədəki kimi “Lokomotiv”ə qalib gəlsələr, yenidən birinci pillənin sahibinə çevriləcəklər (ən yaxın izləyicilərindən 1 oyun çox keçirdikləri üçün). Əgər “dəmiryolçular” revanş etsələr, ilk “üçlüyə” daxil olacaqlar. Bunun üçün qalibin əvvəlki oyundan fərqli, həlledici setdə müəyyənləşəcəyi gözləniləndir. Çünki həmin oyunda hələ komandalar bir-birini tanımırdılar.
“Bakı” məğlub olarsa, liderliyi “Azərreyl” ələ keçirəcək. Çünki Faiq Qarayevin yetirmələrinin hələ 1 setdə qələbə həsrətində olan “Lokomotiv Biləcəri” ilə matçda xal itirəcəyi inandırıcı deyil. Bunun onlar “Bakı”nın məğlubiyyətindən və “Rabitə”nin oynamamasından istifadə edə bilərlər.
12 fevral
VIII tur
15:00. “Azəryoloservis” – “İqtisadçı”
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə
İlk oyun: “İqtisadçı” - “Azəryolservis” - 3:1 (17:25, 25:21, 25:13, 28:26)
17:00. “Bakı” – “Lokomotiv”
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
İlk oyun: “Lokomotiv” - “Bakı” - 0:3 (19:25, 21:25, 23:25)
19:00. “Lokomotiv Biləcəri” – “Azərreyl”
Hakimlər: Ceyhun İsmayılov, Zaur Hacıyev
İlk oyun: “Azərreyl” - “Lokomotiv Biləcəri” - 3:0 (26:24, 25:13, 25:22)
Qeyd edək ki, bütün görüşlər “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

1. | Rabitə | 5 | 5 | 0 | 15-1 | 10 |
---|---|---|---|---|---|---|
2. | Bakı | 6 | 4 | 2 | 13-6 | 10 |
3. | Azərreyl | 5 | 4 | 1 | 12-7 | 9 |
4. | Lokomotiv | 5 | 3 | 2 | 11-6 | 8 |
5. | İqtisadçı | 5 | 2 | 3 | 7-10 | 7 |
6. | Azəryolservis | 6 | 1 | 5 | 5-15 | 7 |
7. | Lokomotiv Biləcəri | 6 | 0 | 6 | 0-18 | 6 |

0
0