“İqtisadçı”, “Bakı” və “Azərreyl”dən növbəti qələbə
12.02.2012 - 20:49
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə bitib. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turunda 3 görüş baş tutub. Son Azərbaycan çempionu “Rabitə”nin istirahət etdiyi oyun günündə müvəqqəti lider dəyişikliyi də gerçəkləşib. Çempionun yoxluğundan yararlanan “Bakı” növbəti qələbə sayəsində yenidən zirvəyə yüksəlib.
Tura “Azəryoloservis” – “İqtisadçı” matçı ilə start verilib. Oyunun favoriti olan universitet komandası debütantdan da sürpriz gözləyənlərə sevinmək imkanı verməyib. Yeni baş məşqçi Bülənt Karslıoğlu da debütünü 2 xalla başa vurub. Bu qələbədə yeni transfer – argentinalı Georgina Pinedonun da əməyi böyük olub.
Bu oyunun ardınca turun mərkəzi matçı - “Bakı” – “Lokomotiv” dueli start götürüb. Paytaxtın eyni adlı təmsilçisi oyunun taleyini 4 setdə həll edərək yenidən ilk pilləyə qalxıb. Lakin onlar çempiondan 2 oyun çox keçiriblər.
“Bakı” məğlub olmamaqla “Azərreyl”in liderlik arzusunu gözündə qoyub. Sonuncular qələbə qazanmaqla yalnız “Rabitə”ni arxada qoyub ki, bu da 1 oyun artıq keçirməyin sayəsində reallaşıb.
12 fevral
VIII tur
15:00. “Azəryoloservis” – “İqtisadçı” – 1:3 (13:25, 20:25, 27:25, 17:25)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə
İlk oyun: “İqtisadçı” - “Azəryolservis” - 3:1 (17:25, 25:21, 25:13, 28:26)
17:00. “Bakı” – “Lokomotiv” - 3:1 (20:25, 25:20, 27:25, 25:14)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
İlk oyun: “Lokomotiv” - “Bakı” - 0:3 (19:25, 21:25, 23:25)
19:00. “Lokomotiv Biləcəri” – “Azərreyl” - 0:3 (15:25, 14:25, 19:25)
Hakimlər: Ceyhun İsmayılov, Zaur Hacıyev
İlk oyun: “Azərreyl” - “Lokomotiv Biləcəri” - 3:0 (26:24, 25:13, 25:22)
Qeyd edək ki, bütün görüşlər “Sərhədçi” Olimpiya Mərkəzində keçirilib.

1. | Bakı | 7 | 5 | 2 | 16-7 | 12 |
---|---|---|---|---|---|---|
2. | Azərreyl | 6 | 5 | 1 | 15-7 | 11 |
3. | Rabitə | 5 | 5 | 0 | 15-1 | 10 |
4. | Lokomotiv | 6 | 3 | 3 | 12-9 | 9 |
5. | İqtisadçı | 6 | 3 | 3 | 10-11 | 9 |
6. | Azəryolservis | 7 | 1 | 6 | 6-18 | 8 |
7. | Lokomotiv Biləcəri | 7 | 0 | 7 | 0-21 | 7 |

0
0