Rəqiblərimizdən növbəti qələbə
13.02.2012 - 11:18
Rəqiblərimizdən növbəti qələbə
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində Bakının “Rabitə” və “Azərreyl” klublarının rəqibləri yerli çempionatda növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” Türkiyə Super Liqasında, “Dinamo” (Kazan) Rusiya birinciliyində qələbəyə sevinib.

Belə ki, “Rabitə” ilə qarşılaşacaq “sarı-lacivərdlilər” “İller Bankası”nı meydana çıxmağa peşman edib – 3:0 (25:9, 25:18, 25:10). Bununla da onlar birinci pillədəki yerlərini qoruyublar.

“Azərreyl”in rəqibi “Dinamo” da “quru hesablı” qələbə qazanıb. Onlar “Zariçye-Odintsova”ya 3:0 (25:23, 25:23, 25:19) hesabı ilə məğlub ediblər və liderliklərini davam etdirirlər.

Qeyd edək ki, “Çelenc Cup”ın 1/4 final mərhələsində “Bakı” ilə üz-üzə gələcək “Omiçka” da turu qalib kimi başa vurub. Onlar səfərdə “Severstal” üzərində qələbə qazanıblar – 3:0 (25:19, 25:14, 25:20).