Basketbolçularımız İranda qələbə qazana bilmədilər
13.02.2012 - 16:21
İranın Sarab şəhərində İslam İnqilabının 33-cü ildönümünə həsr olunan basketbol turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Gəncənin yığma komandası 4 iştirakçı arasında sonuncu yeri tutub.
Belə ki, Azərbaycanın Qərb bölgəsini təmsil edən basketbol komandası turnirdə Tacikistan millisinə 30:61, İranın 18 yaşlılardan ibarət yığmasına 21:80 və “Sarab” klubuna 39:78 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gəncəlilərin qatıldıqları ilk beynəlxalq yarış olub.

0
0