“Bakı” hər həftə transfer edən komandaya qarşı
13.02.2012 - 19:10
Sabah qadın voleybolçular arasında IX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması “İqtisadçı” – “Bakı” dueli olacaq.
Medallara iddialı hər 2 klubun görüşü “universitet komandası” üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ilk dövrədə “Bakı”ya gözlənilmədən uduzan “İqtisadçı” bunun qisasını almağa çalışacaq. Demək olar ki, hər həftə yeni legioner transfer edən komanda bu dəfə də uduzarsa, növbəti mərhələ yolunda işini çətinə salacaq. “Bakı”nın isə asan məğlub olacağı inandırıcı deyil. Çünki onlar hazırda turnir cədvəldə birincidirlər və bunu qorumağa çalışacaqlar.
Turun ilk oyununda isə favorit biridir. Çünki “Lokomotiv Biləcəri” - “Rabitə” görüşündə debütantın Azərbaycan çempionundan 1 set belə alacağı inandırıcı deyil. Bu qarşılaşmada həm də Zoran Qayiçin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaq.
“Azərreyl” – “Azəryolservis” matçında da birincilərin asan qələbə qazanması gözlənilir. Çünki “dəmiryolçular”ın ehtiyat qüvvəsi hesab olunan debütantın ilk dövrədəki kimi məğlub olacağı proqnozlaşdırılır. Bundan əlavə, “Azərreyl” qalib gələcəyi, “Bakı” uduzacağı halda Faiq Qarayevin yetirmələri birinci yerə yüksələcək.
IX tur
15:00. “Lokomotiv Biləcəri” - “Rabitə”
İlk oyun: “Rabitə” - “Lokomotiv Biləcəri” - 3:0 (25:10, 25:23, 25:10)
17:00. “Azərreyl” – “Azəryolservis”
İlk oyun: “Azəryolservis” – “Azərreyl” - 1:3 (16:25, 19:25, 25:19, 18:25)
19:00. “İqtisadçı” – “Bakı”
İlk oyun: “Bakı” – “İqtisadçı” - 3:0 (25:20, 29:27, 25:20)
Qeyd edək ki, bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.

1. | Bakı | 7 | 5 | 2 | 16-7 | 12 |
---|---|---|---|---|---|---|
2. | Azərreyl | 6 | 5 | 1 | 15-7 | 11 |
3. | Rabitə | 5 | 5 | 0 | 15-1 | 10 |
4. | Lokomotiv | 6 | 3 | 3 | 12-9 | 9 |
5. | İqtisadçı | 6 | 3 | 3 | 10-11 | 9 |
6. | Azəryolservis | 7 | 1 | 6 | 6-18 | 8 |
7. | Lokomotiv Biləcəri | 7 | 0 | 7 | 0-21 | 7 |

0
0