“Bakı”nı taxtdan saldılar - YENİLƏNİB
14.02.2012 - 21:17
“Bakı”nı taxtdan saldılar - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması “İqtisadçı” və “Bakı” arasında olub.

Medallara iddialı hər 2 klubun görüşü “universitet komandası” üçün xüsusi əhəmiyyət daşıdığından, matç kifayət qədər maraqlı alınıb. İlk dövrədə “Bakı”ya gözlənilmədən uduzan “İqtisadçı” bunun qisasını əzmkar və möhtəşəm qələbə ilə alıb.

Belə ki, ilk seti “Bakı” qazansa da, sonra Bülənt Karslıoğlunun yetirmələri təşəbbüsə yiyələniblər. Bunun məntiqi nəticəsi kimi onlar 3-cü hissədən sonra hesabda irəli çıxmağı da bacarıblar – 2:1. Lakin məğlubiyyətlə barışmaq istəməyən “Bakı” yenidən status-kvonu bərpa edib – 2:2.

Tay-brek isə hər 2 komanda üçün daha çətin keçib. Lakin sonda daha dəqiq oynayan “İqtisadçı” layiqli qələbəyə sevinib.

Turun ilk qarşılaşmasında isə gözlənilən hesab qeydə alınıb. “Rabitə” ilk dövrədə olduğu kimi, “Lokomotiv Biləcəri”ni ikinci matçda da darmadağın edib.

İlk setdə rəqibinə 12, ardınca 6, son hissədə isə 16 top güzəştə gedən Zoran Qayiçin yetirmələri yekunda 3:0 hesabı ilə qələbə qazanıblar. Onlar bu matçda da qalib gəlməklə, hələ ki cari mövsümün yeganə məğlub olmayan komandası adını qoruyurlar.

“Azərreyl” – “Azəryolservis” matçında da sensasiya qeydə alınmayıb. “Dəmiryolçular” ehtiyat qüvvəsi hesab olunan debütantı ilk dövrədəki kimi yenə məğlubbiyyətə uğradıb. Düzdür, onlar sonuncu setdə “Azəryolservis”in ciddi müqaviməti ilə üzləşiblər. Lakin sonda təcrübə öz sözünü deyib – 3:0.

Beləliklə, 9-cu turdan sonra “Bakı” liderliyi əldən verib. Onları set fərqinə görə qabaqlayan “Azərreyl” birinci pilləyə yüksəlib. “Rabitə” qələbə qazansa da, rəqiblərindən az oyun keçirdiyi üçün 3-cü pillədə qalıb. Aktivinə 2 xal əlavə edən “İqtisadçı” “Lokomotiv”i qabaqlayaraq, 4-cü pilləyə yüksəlib. Autsayderlərin mövqeyində isə dəyişiklik olmayıb.

IX tur

“İqtisadçı” – “Bakı” - 3:2 (22:25, 25:22, 25:23, 24:26, 18:16)
Ceyhun İsmayılov, Zaur Hacıyev
İlk oyun: “Bakı” – “İqtisadçı” - 3:0 (25:20, 29:27, 25:20)

“Azərreyl” – “Azəryolservis” - 3:0 (25:18, 25:15, 25:21)
Fuad Ağayev, Ceyhun İsmayılov
İlk oyun: “Azəryolservis” – “Azərreyl” - 1:3 (16:25, 19:25, 25:19, 18:25)

“Lokomotiv Biləcəri” - “Rabitə” - 0:3 (12:25, 6:25, 16:25)
Hakimlər: Zaur Hacıyev, Vüqar Cəfərov
İlk oyun: “Rabitə” - “Lokomotiv Biləcəri” - 3:0 (25:10, 25:23, 25:10)

1.Azərreyl7 6 118-713
2.Bakı8 53 18-10 13
3.Rabitə6 6 018-112
4.İqtisadçı7 4 313-13 11
5.Lokomotiv63312-99
6.Azəryolservis8 17 6-21 9
7.Lokomotiv Biləcəri8 08 0-24 8


Qeyd edək ki, bütün oyunlar Bakı İdman Sarayında keçirilib.